Bakıda sərnişin avtobusu və yük maşını yandı

Bakıda sərnişin avtobusu və yük maşını naməlum səbəbdən yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus "Mercedes" markalı avtobusun arxa təkəri yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində avtobusun qalan hissəsi yanğından mühafizə olunub. Bundan başqa paytaxtın Nizami rayonunda "Bakı Geyim" ATSC-nin ərasizində həmin şirkətə məxsus "KAMAZ" markalı yük avtomobilinin salonu yanıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31