“BMW” körpüdən aşaraq dərəyə düşüb
2 nəfər ölüb, 2-si isə yaralanıb
31 Yanvar 2014 14:35 KriminalQazax rayonu, Əzizbəyli kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus "BMW" markalı minik avtomobili idarəetməni itirərək körpünün üstündən dərəyə aşıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar2a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in yanğınsöndürən-xilasediciləri cəlb olunmub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobil ağır deformasiyaya uğrayıb, sürücü və avtomobildə olan şəxsiyyəti məlum olmayan 3 nəfərdən biri ağır bədən xəsarətləri alaraq həlak olub, digər 2 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət edərək xüsusi alət və avadanlıqlar vasitəsilə xəsarət alan şəxsləri və həlak olanların cəsədlərini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.