FHN təcili yardım maşınını xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda Təcili Tibbi Yardım stansiyasınının xüsusi nəqliyyat vasitəsi hava şəraiti ilə əlaqədar köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, xilasedicilər xüsusi texnika vasitəsilə təhlükəsizlik qaydalarına riayət etməklə avtomobili təhlükəsiz əraziyə çıxararaq, xidmətin fəaliyyətinin bərpa edilməsi üçün şərait yaradıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31