FHN qazdan zəhərlənmiş qadını xilas etdi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər qadın fərdi yaşayış evində dəm qazından zəhərlənməsi ilə əlaqədar yaxınları tərəfindən Təcili Tibbi Yardım Stansiyasına müraciət edib. Lakin yolların qarlı və sürüşkən olması ilə əlaqədar TTY Stansiyasının həkimləri çağırışına gedə bilmədikləri üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə həmin şəxsi hadisə yerindən, 1 saylı klinik xəstəxanaya çatdıraraq adiyyəti üzrə təhvil veriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31