Xaçmazda ikimərtəbəli ev yanıb
31 Yanvar 2014 14:29 KriminalXaçmaz rayonu, Maqsudkənd kəndində vətəndaşa məxsus 6 otaqlı ev yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 72 kv.m olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 3 otağının yanar konstruksiyaları və ev əşyaları 45 kv.m sahədə yanib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31