Məhbus alt paltarında dərman gizlədib

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 93.1.4 maddələri ilə təqsirli bilinərək həbs edilmiş İlham Sahib oğlu Məlikovun üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun alt paltarında gizlətdiyi şəffaf sellofan bükülüdə 82 ədəd açıq-göy və 7 ədəd yaşıl rəngli dərman həbləri aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31