Məhbusun kamerasında telefon aşkar edilib

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29; 177.3.1; 177.3.2; 221.2.1; 228.4; 304.1; 66.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Seyfulla Rəşid oğlu Qafarovun saxlandığı kameraya və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynində olan gödəkçənin cibindən 1 ədəd "Nokia" markalı mobil telefon aparatı və 1 ədəd "Sim" danışıq kartı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31