Uzun müddət axtarılan 3 cinayətkar Bakıda saxlanıldı
31 Yanvar 2014 12:55 KriminalXəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 2-ci PB-nın keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Əlibala Əzizovun idarə etdiyi "Vaz-2101" markalı avtomobilindən 430 qram marixuana aşkar olunaraq götürülüb. Bakı şəhər RPİ-dən "OLAYLAR"a verilən məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə dələduzluqda şübhəli bilinən Cəlilabad rayon sakini Cavid Əhədli tutulub. Məlum olub ki, o avqustun 30-u 2013-cü il tarixdə Dənizkənarı Milli Parkda Bakı şəhər sakini Anar Rəhimovun etibarından sui-istifadə edərək zəng etmək adı ilə mobil telefonunu alıb qaytarmayıb. Daha bir cinayətkar Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, yanvarın 25-də qəsəbə sakini Sübhan Bayramov qarın nahiyyəsinin daxilə nüfuz edən kəsilmiş-deişlmiş xəsarətilə xəstəxanaya daxil olub. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Sadiq Məmmədov Suraxanı RPİ 33-cü PB-nın əməkdaşları tərəfindən həbs edilib. ("OLAYLAR" İA)