Lənkəranda ovçu özünü güllələyib öldürdü
30 Yanvar 2014 14:30 KriminalLənkəranda güllələnmə hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 29-da Lənkəran rayonu Liman şəhərində baş verib. Orada yaşayan Surxay Eyvazov ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən xəsarət alıb. Xəstəxanaya yerləşdirilmiş S.Eyvazov orada ölüb. Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan ov tüfəngi götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31