Bakıda partlayış, yaralananlar var
30 Yanvar 2014 14:29 KriminalBakıda mənzildə partlayış baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyinin saytına istinadən yaydığı məlumata görə, yanvarın 29-da saat 08 radələrində Nərimanov rayonu İ.Abışov küçəsində yaşayan Şirzad Əmiraslanovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib. Nəticədə 30 kvm. sahə yararsız vəziyyətə düşmüş və dam örtüyü çöküb. Yanıq xəsarəti almış Ş.Əmiraslanova və oğlu Naibə xəstəxanada ilkin tibbi yardım göstərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31