Qadınları Rusiyaya aparan mütəşəkkil insan alverçiləri saxlanılıb
30 Yanvar 2014 14:27 KriminalBakıda qadınları Rusiyaya aparan mütəşəkkil dəstə tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kəmalə Məmmədzadənin, Turan Ələkbərovun gəlir əldə etmək məqsədi ilə Bakı şəhərində yaşadıqları mənzillərdə əxlaqsızlıq yuvaları təşkil etmələri, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Esmira Mayılovanın qadınları Rusiya Federasiyasına aparıb cinsi istismara məruz qoyması müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31