136 kq narkotik vasitə dövriyyədən çıxarılıb

2013-cü ildə Azərbaycan gömrüyü iqtisadi təhlükəsizliyin təmin edilməsi, qaçaqmalçılıq kanallarının aşkar və ləğv olunması istiqamətində qətiyyətli mübarizə aparıb. Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Komitənin saytına açıqlamasında deyib. Komitə sədri bildirib ki, qeydə alınan 12475 hüquqpozma hadisəsindən 347-si cinayət xarakterli olub ki, bu sırada narkotiklərin qanunsuz dövriy¬yəsi ilə bağlı faktlar əsas yer tutur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar ötən il 133 fakt akşar edilib. Bu faktlar üzrə ümumilikdə, 135 kq 376,674 qram narkotik vasitə və psixotrop maddələr, o cümlədən, 33 kq 185 qram həşiş, 18 kq 223,834 qram tiryək, 37 kq 717,571 qram heroin, 198,567 qram kokain, 35 kq 628,38 qram marixuana, 10 kq 159,986 qram metamfeta¬min, 217,723 qram metadon və s. gömrükçülər tərəfindən aşkarlanaraq dövriyyədən çıxarılıb. Bu faktlar üzrə şübhəli bilinən şəxslərdən 138 nəfəri kişi, 14 nəfəri qadın olmaqla, ümumilikdə, 152 nəfər barəsində müvafiq tədbirlər görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31