Mingəçevirdə məktəb yanıb
30 Yanvar 2014 13:12 KriminalMingəçevir şəhərində orta məktəbdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 6247 kv.m olan üçmərtəbəli məktəbin 1-ci mərtəbəsində sahəsi 49 kv.m olan sinif otağının döşəməsi və içərisindəki əşyalar 25 kv.m sahədə yanıb. Sinif otağının qalan hissəsi və məktəb yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31