Yasamalda çayxana yandı

Bakı şəhəri, Yasamal rayonunda sahibi məlum olmayan, ümumi sahəsi 12 kv.m olan taxta və dəmir konstruksiyalardan ibarət çayxanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə çayxana və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31