Dəhşətli qəza və 26 ölü (FOTO)

Xəsarət alanlar arasında azyaşlı uşaqların da olduğu bildirilir

Meksikanın Nayarit şəhərində ağır yol qəzası baş verib. Rəsmilərin verdiyi məlumata görə, sərnişin avtobusunun idarəetməni itirərək yol kənarında yeləşən dərəyə uçması nəticəsində azı 21 nəfər ölüb, 29 nəfər isə xəsarət alıb.ansXəsarət alanlar arasında azyaşlı uşaqların da olduğu bildirilir. Bir qədər sonra ölənlərin sayının 26-ya çatdığı bildirilib. Sürücünün qəza şəraitinə düşməsinə nəyin səbəb olduğu isə hələlik məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır. Məlumata görə, sərnişinlər məzuniyyətə çıxan işçi qrupu olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31