"PANO" ASC-yə məxsus anbarda yanğın baş verib
Paltar kipləri və yük maşını yanıb
29 Yanvar 2014 17:07 KriminalBakı şəhəri, Suraxanı rayonunda ümumi sahəsi 3000 kv.m olan sexdə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə sexin binasında vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 2000 kv.m anbar kimi istifadə olunan tikilinin yanar konstruksiyaları və içərisindəki geyim malları 900 kv.m sahədə, ona bitişik ümumi sahəsi 2000 kv.m olan "PANO" ASC-nin dam örtüyünün yanar konstruksiyaları 30 kv.m sahədə və anbara bitişik dayanmış "MERCEDES" markalı yük avtomobilinin banı və banına yığılmış paltar kipləri yanıb. Anbarın və "PANO" ASC-nin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31