Azərbaycanda qatar relsdən çıxdı: taxıl yola dağıldı

Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin canlı qüvvəsi və texnikası cəlb edilib

Azərbaycanda yük qatarı relsdən çıxması hadisəsi ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nair Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, 29 yanvar 2014-cü ildə saat 12.15-də "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxmış, 6 taxıl vaqonu aşmış və yükü dağılmışdır.

İlkin məlumata görə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına "Fövqəladə Hallar Qatarı" MMC-nin Hacıqabul bölməsinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Hadisənin baş vermə səbəbi Hərəkətin təhlükəsizliyi üzrə texniki müfəttişlik və müvafiq qurumlar tərəfindən araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31