Bakıda dərmandan zəhərlənmə ölümlə nəticələndi
29 Yanvar 2014 13:30 KriminalAzərbaycanda bir gündə 3 nəfər zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanvarın 28-də Xətai rayon sakini İlham Qarayev dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.
Həmin gün Sumqayıt şəhər sakinləri Sevinc Səmədova dəm qazından, Zaur Mehrəliyev sirkə turşusundan zəhərlənmə ilə xəstəxanalara gətirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31