Saatlıda silahlı şəxs yaxalanıb
29 Yanvar 2014 13:29 KriminalSaatlıda qanunsuz ovla məşğul olan şəxs silahla yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayonu "Sarı Su" ovçuluq təsərrüfatının ərazisində Bəylik kənd sakini Füzuli Əliyev qanunsuz ov etdiyi üçün saxlanılaraq Saatlı RPŞ-yə təhvil verilib.
F.Əliyevdən 1 ədəd "İJ" və 1 ədəd "Tula" markalı ov tüfəngləri götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31