Azərbaycanda vergidən yayınan Kazanda tutuldu

Azərbaycanda vergidən yayındığı üçün axtarışa verilən şəxs Rusiyada saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə (vergi ödəməkdən yayınma) axtarışda olan Rahil Nəsibov Rusiya Federasiyasının Kazan şəhərində tutulub. Onun ekstradisiyası üçün tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31