Gədəbəydə 9 otaqlı inzibati bina yanıb

Gədəbəy rayonu, Göyəmli kəndində vətəndaşa məxsus ümumi sahəsi 500 kv.m olan birmərtəbəli 9 otaqdan ibarət inzibati binada yanğın qeydə alənəb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31