Xətaidə 2 otaqlı mənzildə yanğın baş verib

Bakı şəhəri, Xətai rayonunda ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yaşayan vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzildə dəhlizin döşəməsi 5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31