Dələduzluqda təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Nəcəfov və Nahid Aslanovun məhkəmə prosesi başa çatıb. Prosesdə hökm oxunub. Hökmə əsasən, hər iki şəxs 2 il müddətinə şərti olaraq azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 
Qeyd edək ki, onlar bir müddət axtarışda olublar. Hər iki şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham olunur. apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31