“Ləzzət Qida Sənaye” MMC-nin əməkdaşına cinayət işi açılıb
28 Yanvar 2014 18:22 Kriminal"Ləzzət Qida Sənaye" MMC-nin Bakı şəhər ambar filialının əməkdaşının qanunsuz hərəkətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində araşdırılıb. Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı 2012-2013-cü illərdə cəmiyyətin Bakı şəhər ambar filialının satış təmsilçisi işləmiş Namiq Vəliyevin hesabında 37.0 min manat çatışmazlığın aşkar edilməsində əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31