Azərbaycanda futbol məşqçisi bıçaqlanıb
28 Yanvar 2014 18:02 KriminalGəncədə bıçaqlanma hadisəsi olub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1974-cü il təvəllüdlü Mehman Hacıyev bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən 40 yaşlı M. Hacıyevin vəziyyətinin ağır olduğu bildirilir. Onun kim tərəfindən bıçaqlandığı hələ ki, məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb. Məlumata görə, M. Hacıyev 3 il "Kəpəz" Futbol Klubunun əvəzedici heyətinin məşqçisi işləyib. Ötən ilin dekabrına kimi isə Zaqatalanın "Simurq" komandasının məşqçisi olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31