Sabirabad sakini Kürdə batıb

Kür çayının Sabirabad rayonu ərazisində bir nəfərin suda batdığı bildirilir. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, Kür çayının Sabirabad rayonu, Mürsəlli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1991-ci il təvəllüdlü 1 nəfərin axtarışına başlanılıb. Axtarışa Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31