"1001 gecə" restoranındakı qətllə bağlı yeni təfərrüat

"1001 gecə" restoranında adam öldürməkdə təqsirləndirilən şəxsdən silah götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən qəsdən adam öldürdüyünə görə tutulmuş Rəşad Mirələmovdan "PM" markalı tapança və içərisində 4 ədəd patron olan 1 ədəd patron darağı götürülüb.Qeyd edək ki, R. Mirələmov Bakıda adam öldürməkdə təqsirli bilinir. Belə ki, iyulun 17-də saat 03.00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlu isə qolundan aldığı güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib və Ramal Bayramov aldığı xəsarətdən orada dünyasının dəyişib. Səbail Rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülüb. Hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılıb və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Rayon prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Həyata keçirilən tədbirlərlə cinayətdə istifadə edilmiş "Makarov" tipli tapança hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.
Hazırda iş üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir. apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31