Göyçay sakini evində yandı
28 Yanvar 2014 16:30 KriminalGöyçay şəhərində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı və aynabənddən ibarət kürsülü evin 1 otağında 1 ədəd divan yanıb. Yanğın kəşfiyyatı zamanı ev sahibi 1935-ci il təvəllüdlü Vəliyeva Şükufə Məhəmməd qızının cəsədi aşkar edilib. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31