Bakı şəhəri, Suraxanı rayonunda ikimərtəbəli orta məktəbdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən akt zalında kitab rəfi 2 kv.m sahədə yanıb. Məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31