Qadın türməyə qadağan olunmuş dərman keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 1986-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2; 317-2.1; 66.5 maddələri ilə təqsirli bilinərək 6 il 4 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rabil Habil oğlu Quliyevə tanışı vətəndaş Rəvanə Abdulla qızı Əliyevanın gətirdiyi sovqata baxış keçirilib. Baxış zamanı ağ sellofanda olan qəndin içərisində gizlədilmiş 100 ədəd ağ rəngli dərman həbləri aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31