Bakıda məktəbli qızı maşın vurdu

Bakıda məktəbli qız yol qurbanı olub. Bu gün səhər tezdən məktəbə gedən bir qızı maşın vuraraq öldürüb. Hadisə yerində olan şahidlərin Milli.Az-a verdikləri məlumata görə, qəza 20-ci Sahə dairəsinin yaxınlığında baş verib. Səhər 08 radələrində evdən çıxıb məktəbə yollanan qızı maşın vurub. Məktəbli aldığı zərbədən yerindəcə keçinib.

Hal-hazırda kimin günahkar olduğu araşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31