Bakıda ani həzzdən "doğan" ölüm
28 Yanvar 2014 11:29 KriminalBu dəfə də həzz alacağını düşünürdü, amma ölüm ondan həyatını aldı. Bakıda vaxtsız ölümün qurbanı olan kişinin əməli haqda bunu söyləmək olar.
46 yaşlı Pris Qasımov psixotrop dərman qəbul edib həmişəki kimi həzz alacağını düşünüb. Lakin qəbul etdiyi həblər həzz əvəzinə ona ölüm verib. Yaşadığı Səbail rayonu, Salyan şosesi 22 ünvanında narkotik maddə qəbul edəndən sonra huşunu itirib. O, 1 saylı Şəhər Xəstəxanasının toksikologiya şöbəsinə çatdırılsa da, həkimlərin səyi nəticə verməyib.
Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov Milli.Az-a bildirdi ki, P.Qasımov psixotrop həbləri miqdarından artıq qəbul etdiyindən zəhərlənib və ölüm baş verib.
Səbail Rayon Prokurorluğundan isə ölüm hadisəsi ilə bağlı yalnız araşdırma aparıldığını öyrənə bildik.