2013-cü ildə 2846 yol-nəqliyyat hadisəsi baş verib VIDEO

Bu haisələrdə 1164 nəfər dünyasını dəyişib, 2 min 948 nəfər isə xəsarət alıb

Hər gün qəza, hər gün ölüm. Səbəb isə ya sürət həddinin aşılması, ya əks istiqamətli yola çıxma, işıqforun qırmızı işığını nəzərə almamaq və ya digər qayda pozuntusu. Amma bütün bunlar üçün ümumi olan bir şey var. Sükan arxasında olan şəxsin insan həyatına biganəliyi və ya məsuliyyətsizliyi. Məhz bu səbəb qəzaların və onların qurbanlarının sayında böyük rəqəmli statistikaları ortaya çıxarır.  Məsələn 2013-cü ildə baş verən 2846 yol nəqliyyat hadisəsi zamanı, 1164 nəfər dünyasını dəyişib, 2 min 948 nəfər isə xəsarət alıb. Əksər qəzaların səbəbi isə sürət həddini aşlımasıdır. Ekspertlər sürət həddinin aşan sürücülərə qarşı cərimələri sərtləşdirməklə yanaşı, marifləndirmə tədbirlərinə də ehtiyac görürlər.

Sürücü məsuliyyətsizliyi ilə yanaşı piyadaların da yol hərəkəti qaydalarını pozması qəzaları qaçılmaz edir. Əgər ötən illərlə müqayisədə qəzaların ümumi sayında azalma müşahidə edilirsə piyada iştirakı ilə baş verən qəzalarda nəzərə çarpacaq dərəcədə artım var. Yolun hərəkət hissəsində maneələrin olması, təmirsiz yollar, dumanlı hava şəraiti də qəzaları qaçılmaz edir.

Belə ki, dumanlı havada yolu işıqlandıracaq işıqların işləməməsi də qəzalarla nəticələnir. Bu kimi hallarda isə sürücülərdən diqqət tələb olunur.

Odur ki, sükanı işə salıb yola çıxarkən sürət yığanda düşünün. Ən azından bu yolun insanların həyat yolunun sonu olmaması üçün. Təbii ki, bu düşünməli olan təkcə sürücülər yox, həmdə yola nəzarət edən aidiyyatı qurumlardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31