Bakıda iki silahlı şəxs tutuldu

Bakıda iki silahlı şəxs tutulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Tahir Quliyevə məxsus "Toyota Prado" markalı avtomobilə baxış zamanı "Makarov" markalı tapança, 1 ədəd daraq və 7 ədəd patron götürülüb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Samir Allahyarovdan "Makarov" markalı tapança, 1 ədəd daraq və 8 ədəd patron götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31