Oğuzda qayadan yıxıldığı deyilən ovçunun güllələnməsi faktı aşkarlanıb
27 Yanvar 2014 14:36 KriminalDaxili İşlər Nazirliyi yanvarın 26-da Oğuz rayonunda qayadan yıxılıb öldüyü bildirilən oçvunun güllələnməsi ilə bağlı məlumat yayıb."OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, rayonun Xaçmaz kəndi ərazisində rayon sakinləri Məmmədbağır Seyidəliyev, Arif Salehov, Maarif Lətifov və Xakid Həsrətov ov edərkən M.Seyidəliyev hündürlükdən yıxılaraq ölüb. Məhkəmə tibbi ekspertizası zamanı M.Seyidəliyevin qol və baş nahiyələrində qırma xəsarətlərinin olması aşkar edilib. Faktla əlaqədar rayon prokurorluğu tərəfindən cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31