Şahin Mustafayev narkotika ilə tutuldu

Bakıda marixuana alveri ilə məşğul olan mütəşəkkil dəstə saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Bakı şəhər sakini Şahin Mustafayevi 10,87 qram marixuananı satarkən tutmuşlar. Onun üzərinə baxış zamanı 8,27 qram marixuana aşkar edilərək götürülüb.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitəni Ş.Mustafayevə vermiş Bakı şəhər sakini Anar Mirzəyev müəyyən edilərək tutulmuş və ondan 1 kiloqram 45 qram marixuana götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31