Qadını bıçaqla hədələyib 10 min manatını aldılar

Şəmkirdə quldurluq etmiş iki nəfər tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Zülfiyyə Qəhrəmanovanı bıçaqla hədələyərək quldurluq yolu ilə 10.000 manat pulunu almış rayon sakinləri Əmirxan Abdıyev və Abdulla Ələsgərli tutulub.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31