Nazirliyin aparat rəhbəri: “...araşdırırıq”

"Yevlaxda əlinin özünün yandırması məsələsi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən araşdırılır ". Bunu nazirliyin aparat rəhbəri Əjdər Ol bildirib.Onun sözlərinə görə, araşdırma nəticəsində həmin şəxsə sosial yardımın düşüb-düşməməsi də məlum olacaq: "Ola bilsin ki, həmin əlilə ümumiyyətlə, ünvanlı sosial yardım düşmür. Yaxud doğurdan da ona yardım düşür və kimisə ondan pul tələb edirsə, həmin şəxs cəzalandırılacaq". Aparat rəhbərinin sözlərinə görə, indiyə qədər Yevlax Sosial Müdafiə Mərkəzindən ünvanlı sosial yardımla bağlı nazirliyə şikayət daxil olmayıb.

Qeyd edək ki, Yevlax rayon sakini Nizami Kərimov Dövlət Sosial Müdafiə Fondunun Yevlax şöbəsində özünü yandırıb. Sosial yardım almaq üçün Fonda müraciət edən 3 uşaq atası Nizami Kərimova "6 ayın pulunu bizə ver deyiblər" və sosial yardım almasına əngəllər yaradıblar. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31