“Interpol”un axtarışında olan şəxs Türkiyədə saxlanıldı

"OLAYLAR"ın Türkiyə bürosunun məlumatına görə, İstanbulda tanınmış yunan işadamı və Yunanıstanın beynəlxalq axtarışa verdiyi "Postbank"ın sabiq müdiri Angelos Filipidis türk polisi tərəfindən həbs edilib. A.Filipisdis aldığı rüşvətlə bir neçə işadamına 500 milyon avro vədəsiz kredit vermək, saxtakarlıq və dövlət malını mənimsəməkdə ittiham olunur. İddialara əsasən, Türkiyə Yunanıstana A.Filipidisi Afina həbsxanasında saxlanılan 2 "MİT" agenti və 1 "DHKP-C" terror təşkilatının üzvü ilə dəyişməyi təklif edib. Məsələ barədə danışıqların davam etdiyi bildirilir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31