Bakıda qadın özünü gəzinti gəmisindən dənizə atdı
26 yanvar saat 22:33 Dənizkənarı Milli Parkda intihar faktı qeydə alınıb. ANS PRESS FHN-nin saytına istinadən məlumatına görə, Dənizkənarı Milli Parkın ərazisində 1 nəfər qadın intihar etmək məqsədilə özünü dənizə atıb. Dərhal xilasedicilər lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, qadını xilas etmək üçün 1 nəfər kişi özünü dənizə atıb, nəticədə hər ikisi batmaq təhlükəsi ilə üzləşib. Zərərçəkmişlər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilib.
27 Yanvar 2014 12:16 KriminalÖtən gün Bakıda özünü dənizə ataraq intihara cəhd edən qadınla bağlı yeni məlumatlar bəlli olub. Bakı Bulvarının mühafizə xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qadın ailəli və iki uşaq anası olub. O, bir müddət öncə həyat yoldaşından ayrılıb. "O, bulvar ərazisinə gələrək gəzinti gəmisinə minib. Gəmi hərəkətə düşəndən sonra qəfildən özünü dənizə atıb. Lakin dərhal FHN xilasediciləri və bulvar mühafizə xidmətinin əməkdaşları hadisə yerinə cəlb edilərək qadın xilas edilib. İlkin tibbi yardımdan sonra qadın huşsuz vəziyyətə xəstəxanaya çatdırılıb".