Bakı-Şamaxı yolunda dəhşətli zəncirvari qəza, 2 nəfər öldü
27 Yanvar 2014 12:10 KriminalBakı-Şamaxı yolunda daha bir dəhşətli yol qəzası baş verib. "OLAYLAR"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qobustan rayonu, Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində "Mercedes", VAZ" və "Mitsubishi" markalı minik avtomobilləri toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü və qadın sərnişini hadisə yerində aldıqları müxtəlif bədən xəsarətləri nəticəsində həlak olublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış nəqliyyat vasitəsinin içində sıxılmış vəziyyətdə qalan cəsədləri çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:27-də başa çatıb.