Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan birmərtəbəli, 4 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31