Bakıda ağır qəza: 5 nəfər xəsarət aldı
Dostluq kinoteatrının qarşında "Ford" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub
27 Yanvar 2014 09:57 KriminalBakı şəhərində dəhşətli avtomobil qəzası baş verib. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, bu gün səhər saatlarında Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində, Dostluq kinoteatrının qarşında iki minik avtomobili toqquşub."Ford" və "VAZ-2107" markalı minik avtomobilllərinin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. Hadisə yerinə gələn Təcili Yardım maşınları avtomobillərin içərisində sıxışıb qalan 20-25 yaş arası xəsarət alan insanları Bakı Şəhər 1 saylı Kilniki Tibbi Mərkəzə aparıblar.Xəsarət alanlardan ikisinin qadın, üçünün işə kişi olduğu bildirilir. Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır.