17 yaşlı hamilə qadını liftdə zorladılar

 Rusiyanın Paytaxtı Moskva şəhərində dəhşətli cinayət baş verib. ANS PRESS-in NTV kanalına istinadən verdiyi məlumata görə, Brilyova rayonunda iki aylıq hamilə qadın naməlum şəxs tərəfindən zorlandıqdan sonra qətlə yetirilib. Zorlanan 17 yaşlı Nastya, sonradan döyülüb və bıçaqlanıb. Onun meyidini yaşadığı binanın liftinə atıblar.

Qatil müşahidə kameraları vasitəsilə çəkilsə də, onun kimliyi hələlik məlum olmayıb. Çünki qatil üzünü gizlədib.

Araşdırmalar zamanı qatilin Nastiyanı tanıdığı və onu elə əvvəldən izlədiyi məlum olub. Qətlə yetirilən qdının anası bildirib ki, Nastya axşam saatlarında dostlarından birinin ad gününə gedib. Qadın evdən çıxarkən tək olub.

Rusiya Daxili İşlər Nazirliyindən bildirilib ki, Nastyanın meyidi liftdən tapılıb. Meyidin üzərində bıçaq xəsarətləri, eləcə də, döyülmə əlamətləri olub. Bundan başqa, meyidin üstündən sperma da tapılıb. Bu da qatilin tapılmasına köməklik edəcək.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31