Gözətçi köşkün içində yandı

Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 4 kv.m olan daş konstruksiyalardan ibarət gözətçi köşkü yanıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə köşkün içərisindəki əşyalar yanıb. Yanğının kəşfiyyatı zamanı gözətçinin yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31