Hərbi Dəniz Qüvvələrinin keçmiş hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib
24 Yanvar 2014 17:50 KriminalAzərbaycan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib. Bu barədə Bakı Hərbi Məhkəməsindən bildirilib. Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub. Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31