Məhkumun cibində telefon aşkar edildi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1; 29, 120.2.11; 181.2.1; 181.2.2; 181.2.4 və 181.2.5 maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş, hazırda Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hesabında olan məhkum Orxan Əmirxan oğlu Xəlilzadənin üzərinə və saxlandığı kameraya baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynində olan şalvarın yan cibindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Samsunq" GT-E2222 markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31