Sabirabadda faciə, ev sahibi evində yanıb külə döndü

Sabirabadda evdə baş verən yanğın dəhşətli faciəyə səbəb olub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə yanvarın 23-də saat 17 radələrində Sabirabad rayonu Qaralı kəndində baş verib. Kənd sakini Əhməd Məlikova məxsus 1 otaqlı evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Ə.Məlikovun yanmış meyiti tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31