Oğru dəstəsi heroin satarkən yaxalanıb
24 Yanvar 2014 14:12 KriminalBakıda mənzilləri qarət etməklə məşğul olan mütəşəkkil oğru dəstəsi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon sakinləri Samir İbadovdan 0,199 qram, əvvəllər məhkum olunmuş Xanbala Məlikovdan 0,178 qram və Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş Ayat Məmmədovdan 0,183 qram heroin götürülüb. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların Nəzakət Səmədovanın, Adəm Salahovun, Rasim Seyidovun, Xatirə Əliyevanın və Sübhəddin Məhərrəmovun evlərindən pul, qızıl, geyim və məişət əşyaları oğurlamaları da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31