Gəncə sakinini bıçaqlayan narkotika alverçisi yaxalandı

Gəncədə narkotika alveri ilə məşğul olan şəxs yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Canbaxış İmanidən 3 kiloqram 135 qram marixuana götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun yanvarın 20-də Ramin Əliquliyevə bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31